E-poştlarınızı, təqvimlərinizi əlaqələrinizi və digər şəxsi məlumatları Kontact ilə idarə edin. Kontact hər şeyi bir yerdə toplayır və ünsiyyətlərinizi idarə etməyinizə, gününüzü təşkil etməyə və həmkarlarınızla işləməyinizə kömək edir.
Kontact, sizə mümkün olan ən yaxşı təcrübəni təqdim etmək və işinizi daha səmərəli etmək üçün bir neçə fərdi məlumat idarəetmə tətbiqini vahid bir pəncərədə birləşdirir. Kontact ilə güclü dəstimizin bütün alətlərini bir yerdə istifadə edə bilərsiniz. Xüsusi veb tətbiqlərindən fərqli olaraq, məxfiliyinizə dəyər veririk və açıq proqram təminatı standartlarını dəstəkləyirik, bu səbəbdən Kontact sizə məlumatlarınız üzərində tam nəzarət etmək imkanı verir. İstəsəniz, əlbəttə ki, məlumatlarınıza oflayn olaraq da daxil ola bilərsiniz.
Kontact bir neçə dərindən inteqrasiya olunmuş komponentlərdən ibarətdir: