GCompris 2 yaşından 10 yaşınadək uşaqlar üçün çoxlu sayda çalşmalardan ibarət tədris proqramı paketidir.
Bəzi çalışmalar oyun şəkilində yaradılmışdır, bununla belə onlar tədris xarakteri daşıyır.
Aşağıda, bu kateqoriyada mövcud olan bəzi çalışmaların kateqoriyalarının siyahısını tapa bilərsiniz.
Hazırda GCompris 100-dən çox çalışma təklif edir və daha çox çalışmalar tərtib olunma mərhələsindədir. GCompris pulsuz proqramdır, yəni siz onu öz ehtiyaclarınıza uyğunlaşdıra, təkmilləşdirə və ən əsası onu hər yerdə uşaqlarla paylaşa bilərsiniz.